Məzmuna keç

Marti Axtisaari

Vikipediya, azad ensiklopediya
Marti Axtisaari
fin Martti Ahtisaari
1 mart 1994 1 mart 2000
SonrakıTarya Halonen
Şəxsi məlumatlar
Doğum adı Martti Oiva Kalevi Ahtisaari
Doğum tarixi 23 iyun 1937(1937-06-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2023(2023-10-16)[4][5] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Hitaniemi qəbiristanlığı[d][7]
Partiya
  • Finlandiya Sosial Demokrat Partiyası[d]
Fəaliyyəti siyasətçi, diplomat, müəllim
Dini lüteranlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, diplomatiya
Elmi dərəcəsi

Təltifləri "Niderland şiri" ordeninin böyük cəngavər xaçı Knight Grand Cross of the Order of the Bath "Avstraliya" ordeninin fəxri zabiti — 2002 Grand Cordon of the Order of Leopold "Fəxri legion" ordeninin böyük xaçı — 1999 "Katolik İzabella" ordeninin boyunbağısı — 1999 "Xilaskar" ordeninin böyük xaçı Grand Collar of the Order of the Southern Cross "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" ordeninin xüsusi dərəcəsinin böyük xaçı Knight Grand Cross of the Order of the Falcon — 1995 Collar of the Order of the Cross of Terra Mariana — 1995 "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 1994 Order of the Three Stars, 1st Class — 1997 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 1996 Bintang Jasa Utama Star of the Republic of Indonesia, 3rd class "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 1994 Commander First Class of the Order of the White Rose of Finland — 1992 Commander of the Order of the White Rose of Finland — 1983 Grand Cross of the Order of the Cross of Liberty — 1994 Grand Cross of the Order of the Lion of Finland — 1994 Commander of the Order of the Lion of Finland — 1975 Grand Cross of the Order of the Holy Lamb "Serafimlər" ordeni — 1994 "Ağ qartal" ordeni — 1997 "Böyük Vitautas" ordeninin böyük xaçı — 1996 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin boyunbağılı böyük cəngavər xaçı — 1997 "Dövlət nişanı" ordeni — 1999 "Astek qartalı" ordeninin boyunbağısı Grand Cross of the Order of Good Hope — 1997 Order of the Companions of O. R. Tambo — 2004 Grand Cross of the Order of Merit Grand Cross of the Order of the Liberator General San Martín — 1997 "Böyük Mübarək" ordeni Order of the Crown of the Realm "Fil" ordeninin cəngavər dərəcəsi — 1994 Decoration of the National Flag — 2016 Medal for Military Merits Gold Medal of Merit with clasp of the Reserve Officers Association
Collar of the Order of the Star of Romania — 1998 "Nobel" sülh mükafatı — 2008
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[1][2][…], Vıborq[1][3]16 oktyabr 2023[4][5], Helsinki[6]) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı.

1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir.

Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır.

1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, SomaliMozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur.

1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir. Daha sonra Nyu-Yorkda BMT baş katibinin təsərrüfat və administrativ məsələlər üzrə müavini olur.

1989–1990-cı illərdə Axtisaari BMT-nin Namibiyada demokratik seçkilərin keçirilməsinə hazırlıq görən hərbi və mülki kontingentinə rəhbərlik edir. 1991-ci ildə Finlandiyanın Xarici İşlər Nazirliyinə rəhbərlik edir. 1992–1993-cü illərdə BMT-nin Bosniya və Herseqovina üzrə işçi qrupunun həmsədri olur.

1993-cü ildə Sosial Demokrat Partiyasına daxil olur və prezidentliyə namizəd göstərilir. 1994-cü ildə ilk ümumxalq seçkisində Finlandiya prezidenti seçilir. Prezidentlik müddətini başa vurduqdan sonra "Böhranları İdarəetmə Təşəbbüsü" (Crisis Management İniatiative) qeyri-hökumət təşkilatını təsis edir.

Axtisaari 2000-ci ildə Avstriyanın diplomatik izolyasiyadan çıxarılmasında rol oynamışdır. 2000–2001-ci illərdə İrlandiya Respublika Ordusuna məxsus hərbi bazaların inspeksiyasında iştirak etmiş, 2005-ci ildə onun vasitəçiliyi ilə İndoneziya hökuməti və Açex separatçı hərəkatı arasında sülh müqaviləsi bağlanmışdır. Elə həmin il Axtisaari BMT Baş katibinin Kosovo üzrə xüsusi nümayəndəsi təyin olunur. Kosovonun Serbiyadan ayrılması planının müəlliflərindən biridir.

2008-ci ildə BMT Baş katibinin Kosovo münaqişəsi üzrə xüsusi nümayəndəsi, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari Sülh sahəsində Nobel mükafatına layiq görülür. Nobel bəyanatında deyilir ki, Ahtisaari ciddi və uzunmüddətli münaqişələrin, o cümlədən Namibiya, Açe (İndoneziya), Kosovo, Serbiya və İraqdakı münaqişələrin həllində mühüm rol oynayıb.

Həyat yoldaşı Eeva Axtisaari ilə 1968-ci ildə ailə qurub. Oğlu Marko Axtisaari "Nokia" şirkətinin direktorlarından biridir.