Finn Kidland
| Finn Kidland | |
|---|---|
| norv. Finn Erling Kydland | |
| | |
| Doğum tarixi | 1 dekabr 1943[1] (82 yaş) |
| Doğum yeri | |
| Elm sahələri | iqtisadiyyat, makroiqtisadiyyat, Yeni klassik makroiqtisadiyyat |
| İş yerləri | |
| Təhsili | |
| Elmi rəhbərləri | Edvard Preskott |
| Tanınır | Real iqtisadi tsikl nəzəriyyəsi, İqtisadi siyasətdə zaman ardıcıllığı |
| Üzvlüyü |
|
| Mükafatları | + |
Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943[1], Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hazırda Kaliforniya Universitetində işləyir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır.
Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri. Finn Kidland daha sonra Tonya Skoller ilə evləndi.[2]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1973 — Aleksandr Henderson mükafatı, Karnegi Mellon.
- 1982–1983 — Con Staffer Milli Cəmiyyəti, Huver İnstitutu.
- 2004 — İqtisadiyyat üzrə Nobel mükafatı
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Finn E. Kydland (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
- ↑ "Arxivlənmiş surət". 22 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2014.