Məzmuna keç

Sara Engels

Vikipediya, azad ensiklopediya
Sara Engels
alm. Sarah Engels
Ümumi məlumatlar
Doğum adı Sarah Engels
Ləqəbi Sarah Engels
Doğum tarixi 15 oktyabr 1992(1992-10-15)[1] (33 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, televiziya ulduzu[d], aparıcı, pop musician, musiqiçi
Fəaliyyət illəri 2009-cu ildən
Janr pop musiqisi
Albom şirkəti Ariola
sarahengels.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sara Engels (alm. Sarah Engels; 15 oktyabr 1992[1], Köln, Şimali Reyn-Vestfaliya) — Almaniya pop müğənnisiteleaparıcısı. 2-ci yer tutduğu "Deutschland sucht den Superstar" realiti-şousunun 8-ci mövsümünün finalçısı[2]. Vyanada keçirilmiş "Avroviziya-2026" mahnı yarışmasında Almaniya təmsilçisi[3].

2020-ci ildə "Te Amo Mi Amor" mahnısı ilə İtaliyanı "Azad Avropa 2020" müsabiqəsində təmsil etmiş və 13-cü yeri tutmuşdur.

Musiqi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

2009-2011-ci illər: "Almaniya superulduz axtarır" şousu

[redaktə | vikimətni redaktə et]

Engels musiqi sahəsində fəaliyyətini "Almaniya superulduz axtarır" (alm. Deutschland sucht den Superstar) şousunda iştirak etməklə başlamışdır. Məhz bu veriliş sayəsində müğənni ilk dəfə tamaşaçıların diqqətini çəkmişdir.[4] Sara layihənin seçimlərində üç dəfə özünü sınamışdır. 2009-cu ildə baş tutan altıncı mövsümün müsabiqəsində 120 finalçının sırasına düşmüş, lakin televiziya tamaşaçılarının məhdud səsverməsi ucbatından ilk canlı yayımda iştirak edə bilməmişdir. 2010-cu ildə keçirilən yeddinci mövsümdə proqrama düşsə də, Oygen Flittnerlə duet oxuyandan sonra oranı tərk etmişdir.[5] Sara 8-ci mövsümdə layihəyə qatılmış, lakin ilk buraxılışdan sonra şounu tərk etmişdir.[6] Buna baxmayaraq, RTL telekanalının rəhbərliyi iştirakçı Nina Rixeli səhhəti ilə əlaqədar olaraq, şoudan uzaqlaşdırdıqdan sonra şouya qayıdaraq onu əvəzləmişdir.[7]

Sonrakı canlı çıxışlarda Sara həmişə ən çox səs toplayan iki iştirakçıdan biri olmuşdur.[8] Eyni zamanda o, finala çıxan beşinci qadın iştirakçı kimi layihənin tarixinə düşmüşdür. Proqramın final günü — 7 may 2011-ci ildə ikinci yer tutmuşdur.[9]

İfaçılıq fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

2025-ci ilin avqustunda Sara Engels "Strong Girls Club" adlı dördüncü studiya albomu işıq üzü görmüşdür. Buraya həm alman, həm də ingilis dillərində mahnılar daxil idi.[10] O, alman albom çartlarında 53-cü yeri tutmaqla debüt etmiş və iki həftə müddətində bu yeri qoruyub saxlaya bilmişdir. Daha sonra 54-cü yerə enərək Engelsin bu günədək ən uğursuz albomuna çevrilmişdir.[11] 2025-ci ilin noyabrında rejissor Baz Lurmanın 2001-ci ildə çəkdiyi eyniadlı filmi əsasında Kölndə hazırlanmış "Mulen Ruj!" müziklində Satin rolunu ifa etmişdir.[12]

Sara Engels 2026-cı ilin fevralında "Fire" mahnısını "Avroviziya-2026" mahnı müsabiqəsinin milli seçimlərinə təqdim etmiş və qələbə qazanmışdır.[13][14] Mahnı özündə müasir rəqslə popu dramatik, emosional xorla birləşdirir.[15]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Sara Engels əslən italyandır. 2013-cü ilin martında Pyetro Lombardi ilə ailə qurmuş və soyadını "Engels"dən "Lombardi"yə dəyişmişdir.[16] 19 iyun 2015-ci ildə onların Alessio adlı oğulları dünyaya gəlib. 2016-cı ilin oktyabrında ərindən boşandığını bəyan etmişdir.[17]

2020-ci ilin noyabrında futbolçu Yulian Büşerlə nişanlanmışdır.[18] Cütlük 2021-ci ilin mayında ailə qurmuşdur. 2 dekabr 2021-ci ildə onların qızı Solea anadan olmuşdur[19].

Studiya albomları

[redaktə | vikimətni redaktə et]
Adı Təfərrüatlar Çartlarda yüksək mövqeyi
ALM
[20]
AVS
[21]
İSVR
[22]
Heartbeat 2513
Dream Team
(Pyetro Lombardinin iştirakı ilə)
333769
Teil von mir
(Pyetro Lombardinin iştirakı ilə)
352735
Zurück zu mir 181821
Im Augenblick 81624
Strong Girls Club 5374
"—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.
Ad İl Çartlarda yüksək mövqeyi Albom
ALM
[20]
AVS
[21]
İSVR
[22]
Call My Name 2011 222 Heartbeat
I Miss You
(Pyetro Lombardi ilə)
2614
Only for You 3347
It’s Christmas Time
(Pyetro Lombardi ilə)
75 Pietro Style
Dream Team
(Pyetro Lombardi ilə)
2013 416065 Dream Team
Nimmerland
(Pyetro Lombardi ilə)
2015 3228 Teil von mir
Nur mit dir
(Pyetro Lombardi ilə)
2016 4042
Teil von mir
(Pyetro Lombardi ilə)
Genau hier 2018 315167 Zurück zu mir
Te Amo Mi Amor 2020 112442 Im Augenblick
Zoom
Ich 2021 92
Love is Love
Mama
(Petro Bazillə)
Albomdankənar sinql
Gebe nicht auf 2022 Albomdankənar sinql
Ma Bonita
(feat. Luka Henni ilə)
Albomdankənar sinql
Gemeinsam stark
(Mayk Zingerlə)
2023 Ledibaq və Super-Pişik (saundtrek)
Para siempre (Für immer) Strong Girls Club
Jemand
(Coel Brendenşteynlə)
Für immer 2024
Wie nie zuvor
Flieg mit mir Albomdankənar sinql
Mit Dir Strong Girls Club
tarke Mädchen
Ich bleib 2025
Gimme! Gimme! Gimme!
(Crystal Rock ilə)
Liebe gibt nie auf
(DJ Herzbeat ilə)
2026 Albomdankənar sinql
Fire 75 Albomdankənar sinql
"—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.

Dəvətli ifaçı kimi

[redaktə | vikimətni redaktə et]
Ad İl Çartlarda yüksək mövqeyi Albom
ALM
[20]
AVS
[21]
İSVR
[22]
Weekend
(DJ Herzbeat və Sara Engels)
2019 83 Albomdankənar sinqllər
Ich liebe nur dich
(Pyetro Bazil və Sara Engels)
495624 Albomdankənar sinqllər
"—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.
  1. 1 2 Sarah Lombardi // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. "Ausgezickt: Sarah Engels ist raus!" (alman). Hamburger Morgenpost. 27 fevral 2011. 2 mart 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2011.
  3. "Deutschland schickt Sarah Engels zum ESC". Tagesschau (alman). 1 mart 2026. 13 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2026.
  4. Елизавета Баздырева. "Сара Энгельс — голос, который знает вся Германия на «Евровидении-2026»" (rus). UA-News. 12.05.2026. İstifadə tarixi: 2026-05-19.
  5. "DSDS 2011: Sarah Engels - Ausgeschieden" (alman). RTL. 1 mart 2011. 26 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2011.
  6. Tudorica, Ligia Dana. "Erster Mottoshow: Zu viel Zickenkrieg – Sarah Engels raus bei DSDS". Welt Online. Axel Springer. 27 fevral 2011. İstifadə tarixi: 29 aprel 2011.
  7. Nina Richel: «Ich bin froh, dass es vorbei ist» (15 March 2011) Arxiv surəti 3 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-10-03 at the Wayback Machine
  8. DSDS-Sarah: «Dem Pietro tut das bestimmt weh». Arxiv surəti 5 iyul 2026 tarixindən Wayback Machine saytında Promiflash. 1. Mai 2011, abgerufen am 17. November 2016.
  9. ""DSDS"-Finalisten im Liebesglück: Pietro Lombardi und Sarah Engels haben geheiratet - Lifestyle | STERN.DE". 3 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2013.
  10. "Sarah Engels wird international: Album 'Strong Girls Club'". mix1.de (alman). 27 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  11. "Offiziellecharts.de – Sarah Engels – Strong Girls Club". GfK Entertainment charts (alman). 7 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  12. "Von der DSDS-Bühne ins Moulin Rouge: Sarah Engels wird Musical-Star". mdr.de (alman). 15 sentyabr 2025. 28 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  13. "Sarah Engels". Eurovision Song Contest (ingilis). 28 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  14. "Azərbaycan" qəzeti. "Vyanada Avroviziya-2026 mahnı müsabiqəsi açıldı" (az.). "Azərbaycan" qəzeti. 12.05.2026. İstifadə tarixi: 2026-05-20.
  15. Полина Кузенко. ""Я горю, а ты - лжец!" Участница из Германии взбудоражила "Евровидение"" (rus). РБК-Україна. 16.05.2026. 2026-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2026-05-20.
  16. "DSDS-Traumpaar Sarah Engels und Pietro Lombardi haben geheiratet". rtl.de. 2013-03-01. 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: =2026-04-22.
  17. "Sarah und Pietro Lombardi geben ihre Trennung bekannt: Liebes-Aus bei DSDS-Traumpaar". VIP.de (alman). RTL Interactive. 28 oktyabr 2016. 17 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  18. ""Ja - und sehr glücklich": Sarah Lombardi hat sich verlobt". stern.de (alman). 6 noyabr 2020. 10 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  19. "Sarah Engels: Baby-News! Ihr zweites Kind ist da". gala.de (alman). 4 dekabr 2021. 25 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2026.
  20. 1 2 3 "Discographie Sarah Lombardi". GfK Entertainment. 9 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2026.
  21. 1 2 3 "Discographie Sarah Engels". austriancharts.at. Hung Medien. 10 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2026.
  22. 1 2 3 "Sarah Engels". hitparade.ch. Hung Medien.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]