Pazşəkilli yemişan
| Pazşəkilli yemişan | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||
| Elmi təsnifat | ||||||||||
|
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Pazşəkilli yemişan |
||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
| ||||||||||
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Çin, Yaponiya və Tayvanda geniş yayılmışdır.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 5 m, çətrinin diametri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yerləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıx, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1–5 meyvə yarpaqcığından əmələ gəlmişdir. 1–2, az-az hallarda 3–5 yuvalıdır. Çiçək yatağı bir qədər qapalı və meyvə yarapqcıqlarına bitişikdir. Meyvəsi iri olub, qırmızı rənglidir. Toxumla çoxaldılır. Aprel ayında çiçəkləyir, toxumları sentyabr ayında yetişir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Şaxtaya və quraqlığa davamlıdır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Park və bağlarda yaşıllaşdırmada istifadəsi mümkündür. Ballı bitkidir. Meyvələri ətlidir, dadı xoşagələndir, kisel, kompot hazırlanır, qurudulub-döyülmüşündən isə şirin çörək bişirilməsində istifadə edilir. Həmçinin meyvələrindən qəhvə surroqatı, cavan yarpaqlarından xoş təmli və yorğunluğu çıxaran çay içkisi hazırlanır. Qabığı, yarpağı və zoğlarından boyaq kimi də istifadə edilir.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Mespilus cuneata (Siebold & Zucc.) K.Koch
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Crataegus cuneata var. cuneata
- Crataegus cuneata var. tangchungchangii (F.P.Metcalf) T.C.Ku & Spongberg