Məzmuna keç

Jan-Klod Paskal

Vikipediya, azad ensiklopediya
Jan-Klod Paskal
fr. Jean-Claude Pascal
Ümumi məlumatlar
Doğum adı Jean-Claude Villeminot
Ləqəbi Jean-Claude Pascal
Doğum tarixi 24 oktyabr 1927(1927-10-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 may 1992(1992-05-05)[1][2][…] (64 yaşında)
Vəfat yeri
  • , Klişi-la-Qarenn[d]
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, yazıçı, kino aktyoru, dəb dizayneri, aktyor, musiqiçi
Fəaliyyət illəri 1950–1985
Janr ballada
Təhsili
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi 1939–1945 hərbi xaçı — 1945 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan-Klod Paskal əsl adı Jan-Klod Villeminot (fr. Jean-Claude Pascal; 24 oktyabr 1927[1][2][…], VII arondisman5 may 1992[1][2][…], Klişi-la-Qarenn[d], Klişi-la-Qarenn[d]) — Fransa müğənnisi, komediya aktyoruyazıçısı O, "Nous les amoureux" mahnısı ilə təmsil etdiyi Lüksemburqu 1961-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi edib.

Jan-Klod Paskal 24 oktyabr 1927-ci ildə Parisdə varlı tekstil istehsalçıları ailəsində anadan olub. Anası Arlet Lemuan ingilis moda dizayneri Çarlz Frederik Vortun nəticəsi olub. Atası Rojer Villemino isə onun doğulduğu il vəfat edib.[3]

Orta təhsilinə 1938-ci ildə Kompyendəki (Compiègne) "Collège Annel" məktəbində başlayıb və Parisdəki "Lycée Janson-de-Sailly" liseyində başa vurub. 1944-cü ildə, 17 yaşında ikən General Leklerkin 2-ci Zirehli Diviziyasına könüllü yazılıb. O, 1944-cü ilin noyabrında, Alman ordusu hələ şəhəri boşaltdığı bir vaxtda Strasburqa daxil olan ilk fransız əsgəri olub. Bu şücaətinə görə 1945-ci ildə "Croix de Guerre" (Müharibə Xaçı) ordeni ilə təltif edilib.[4]

İkinci Dünya müharibəsindən sağ çıxdıqdan sonra Paskal Kristian Dior üçün moda dizaynerliyi etməyə başlamazdan əvvəl Sorbonna Universitetində təhsil alıb. "Don Juan" teatr tamaşasının geyimləri üzərində işləyərkən aktyorluq sənəti ilə tanış olub. Onun ilk aktyorluq rolu "Le jugement de Dieu" (1949-cu ildə çəkilib, 1952-ci ildə nümayiş olunub) filmində, daha sonra isə 1951-ci ildə Anuk Eme ilə tərəf müqabili olduğu "Le rideau cramoisi" filmində olub. Bunun ardınca o, Romi Şnayder ilə "Die schöne Lügnerin" (1959, "Gözəl yalançı") və Mişel Mersye ilə "Anjelika və Sultan" (Angélique et le sultan, 1968) daxil olmaqla bir neçə filmə çəkilib.[5]

Paskal 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində musiqisi Jak Datinə, sözləri isə Moris Vidalinə məxsus olan "Nous les amoureux" ("Biz aşiqlər") mahnısı ilə Lüksemburqa qalibiyyət gətirib. Mahnı müğənni ilə sevgilisi arasındakı maneələrlə dolu bir sevgidən bəhs edir ("bizi ayırmaq istəyirlər, xoşbəxt olmağımıza mane olmaq istəyirlər"). Mətnin davamında bu münasibətin başqaları tərəfindən qəbul edilmədiyi, lakin nəhayət bir gün bunun mümkün olacağı vurğulanır ("amma o vaxt gələcək... və mən şəhərdə heç kim bu barədə danışmadan səni sevə biləcəyəm... [Tanrı] bizə xoşbəxtlik və sevinc hüququ verib").

Sonralar Paskal bu mahnının homoseksual münasibətlər və onun qarşılaşdığı çətinliklər haqqında olduğunu izah edib. 1960-cı illərin əvvəllərində bu mövzu olduqca ziddiyyətli hesab edildiyi üçün mahnının sözləri müəmmalı yazılıb və aşiqlərin cinsinə heç bir işarə vurulmayıb. Bu, mahnının əsl ismarışını gizlətməyə imkan verib və o dövrdə geniş kütlə tərəfindən bu mənada anlaşılmayıb. Paskal özü də gey olub, lakin ömrü boyu bunu heç vaxt açıq şəkildə bəyan etməyib.[6]

O, daha sonra 1981-ci il müsabiqəsində yenidən Lüksemburqu təmsil edib və Sofi Maxno ilə Jan-Klod Petinin birgə bəstələdiyi "C'est peut-être pas l'Amérique" ("Bu, bəlkə də Amerika deyil") mahnısı ilə 20 iştirakçı arasında 11-ci yeri tutub. Paskal 1992-ci ildə Clişidə (Hauts-de-Seine) 64 yaşında mədə xərçəngindən vəfat edib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Jean-Claude Pascal // filmportal.de. 2005.
  3. "Charles Frederick Worth, le "père de la haute couture"". Jean-Claude Pascal, Portrait (fransız). 25 dekabr 2017. 23 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2021.
  4. Billaut, François. "Charles Frederick Worth, le "père de la haute couture"". Point de Vue (fransız). 2020. 12 may 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2021.
  5. "" Nous les amoureux " de Jean-Claude Pascal, une chanson qui annonce la révolution du mouvement gay..." La Première (fransız). 16 may 2019. 24 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2020.
  6. Minsitru, Sébastien. ""Nous les amoureux" de Jean-Claude Pascal, une chanson qui annonce la révolution du mouvement gay..." en:RTBF (fransız). 16 may 2019. 23 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]