Məzmuna keç

Bhaqavan

Vikipediya, azad ensiklopediya

Bhaqavan (sanskr. भगवान्, BhagavānIAST; Pali: Bhagavā) — dharmi dinlərdə devalardan fərqli olaraq Ali Allahı ifadə etmək üçün istifadə olunan sözdür. Azərbaycan dilinə "Rəbb", "Allah" kimi tərcümə edilə bilər. Xüsusilə Vayşnavizmdə Krişna və Vişnunu göstərmək üçün işlədilir.[1][2]

Mənası və etimologiyası

[redaktə | vikimətni redaktə et]

Bhaqavat sifətinin adlıq halda tək forması olan Bhagavān, "sərvət", "zənginlik" mənasını verən Bhaga kökündən yaranmışdır. Bhagavān həmçinin Bhaj (sanskr. भज्, "ehtiram etmək", "sitayiş etmək") kökü ilə əlaqəlidir[3] və buna görə də "şanlı", "ilahi", "möhtərəm", "müqəddəs" və s. mənaları ifadə edir.[4] Kluni və Stüarta görə, Vişnava ənənələrindəki Bhagavān ifadəsi bir həsr olunanın Onun yolunda yaşayaraq Onunla həyatı paylaşmağa çalışdığı Allahı bildirir; onların arasındakı sevgi dolu bağlılıq isə bu münasibətin bəhrəsidir.[5]

  1. ↑ James Lochtefeld (2000), "Bhagavan", The Illustrated Encyclopedia of Hinduism, Vol. 1: A–M, Rosen Publishing. ISBN 978-0823931798, page 94
  2. ↑ Friedhelm Hardy (1990), The World's Religions: The Religions of Asia, Routledge, ISBN 978-0415058155, pages 79-83
  3. ↑ "Macdonell Sanskrit-English dictionary". 01.04.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2024.
  4. ↑ Apte, V. S. The Practical Sanskrit-English Dictionary. Digital Dictionaries of South Asia. 1957. 118. 16.06.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2014.
  5. ↑ Clooney, Francis; Stewart, Tony. Chapter Eight: Vaisnava // Mittal, Sushil (redaktor). The Hindu world. Routledge worlds. New York: Routledge. 2007. 163. ISBN 978-0-415-77227-3.

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • Richard Gombrich, "Şablon:Usurped," Journal of the Pali Text Society, 9 (1981), pages 47–73.